"Bavariya" futbolçusuna yeni müqavilə təklifini geri götürüb

Almaniyanın "Bavariya" klubu futbolçusu Yozua Kimmix üçün yeni müqavilə təklifini geri götürüb.

"Report" xəbər verir ki, bu barədə yerli jurnalist Kristian Falk sosial şəbəkə hesabında məlumat verib.

Qeyd edək ki, 30 yaşlı yarımmüdafiəçinin Münhen təmsilçisi ilə müqaviləsinin müddəti yayda başa çatacaq. O, cari mövsüm Bundesliqada 23 oyuna çıxıb, 1 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər xəbərlər