"Bavariya"-"Çelsi" matçı azarkeşsiz keçirilə bilər

Çempionlar Liqasının 1/8 finalının Münhen "Bavariya”sı ilə London "Çelsi”si arasında cavab matçı azarkeşsiz keçirilə bilər.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, buna səbəb koronavirus epidemiyasıdır.

Xatırladaq ki, Çempionlar Liqasının 1/8 finalının "Çelsi” ilə “Bavariya” arasında birinci matçı fevralın 25-də Londonda keçirilib. Qarşılaşma "Bavariya"nın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Cavab görüşü martın 18-də Münhendə keçiriləcək. 

Digər xəbərlər

İnter yeni transferini açıqlayıb 26 yanvar, 2026 / 16:56