BATE 8-ci dəfə Belarus Super Kubokunun qalibi olub

BATE futbol üzrə Belarus Super Kubokunun qalibi olub.

"Report"un məlumatına görə, Borisov təmsilçisi həlledici qarşılaşmada son ölkə çempionu Soliqorsk "Şaxtyor"unu minimal hesabla məğlub edərək bu titula sahib çıxıb. Matçda yeganə qolu əsas vaxta əlavə olunmuş 2-ci dəqiqədə Nemanya Miliç vurub.

Qeyd edək ki, tarixində 8-ci dəfə Superkuboku qazanan BATE bu göstərici üzrə rekordçudur.

Digər xəbərlər