Bakı. 3 mart. REPORT.AZ/ "Barselona" 1932-ci ildən bu yana ilk dəfə olaraq "Klassiko"da qələbə sayına görə "Real Madrid"i geridə qoyub.
“Report” xəbər verir ki, İspaniya çempiontının 26-cı turunda paytaxt komandası üzərində qələbə kataloniyalılar üçün qarşıdurma tarixində 96-cı olub.
Komandalar arasında Madriddə baş tutan görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.