"Barselona" futbolçusunu icarəyə verib

İspaniyanın "Barselona" klubu futbolçusu Ektor Fortu icarəyə verib. 

"Report"un məlumatına görə, 19 yaşlı müdafiəçi 2025/2026 mövsümündə ölkənin digər komandası "Elçe"nin formasını geyinəcək. 

Qeyd edək ki, ispaniyalı oyunçu "Barselona"nın əsas komandasında 30 matça çıxıb. Kataloniya təmsilçisinin yetirməsi bu görüşlərdə 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər xəbərlər