Futbol üzrə Avropa çempionatının 4 oyununa ev sahibliyi edəcək Bakı şəhəri qonaqları qəbul etmək üçün tam hazırdır.
"Report" xəbər verir ki, paytaxtın mərkəzi küçələri futbol atributları, AVRO-2020-nin iştirakçı ölkələrinin köynəkləri ilə bəzədilib.
Təşkil edilən hazırlıqları həm yerli sakinlər, həm də oyun üçün ölkəyə gələn azarkeşlər xoş qarşılayıblar.
"Report" hazırlıqlarla bağlı geniş fotoreportajı təqdim edir:
Qeyd edək ki, Avropa çempionatı iyunun 11-dən iyulun 11-dək keçiriləcək. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.
FOTO: Ehtiram Cəbi