Azərbaycanlı hakim-inspektor Rusiya - Makedoniya matçına təyinat alıb

Bakı. 9 oktyabr. REPORT.AZ/ Azərbaycanlı FİFA hakim-inspektoru Asim Xudiyev növbəti təyinat alıb.

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, A.Xudiyev 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə oyununda iş başında olacaq.

O, oktyabrın 12-də keçiriləcək Rusiya – Makedoniya matçının hakim-inspektoru təyin edilib.

Digər xəbərlər