Bakı. 6 noyabr. REPORT.AZ/ Azərbaycanlı FİFA hakim-inspektoru Asim Xudiyev UEFA Millətlər Liqasının qrup mərhələsinin oyununa təyinat alıb.
"Report" AFFA-nın saytına istinadən xəbər verir ki, A.Xudiyev D Liqasının II qrupunun V turunda keçiriləcək Moldova-Lüksemburq oyununda iş başında olacaq.
Qeyd edək ki, noyabrın 18-də Kişineu şəhərindəki “Zimbru” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.