Azərbaycanlı futzal hakimi Ermənistan millisinin oyununa təyinat alıb

Azərbaycanlı futzal hakimi Hikmət Qafarlı Ermənistan millisinin oyununa təyinat alıb.

Bu barədə "Report"a Futzal federasiyasından bildirlib.

Avropa çempionatının final mərhələsində bu gün baş tutacaq Ermənistan – Ukrayna matçında timekeeper kimi hakimlər briqadasına kömək edəcək.

Qeyd edək ki, bu, həm də FIFA referisinin Avropa çempionatının final mərhələsinə ilk təyinatıdır.

Digər xəbərlər

Lamin Yamal Sabahla oyunu buraxacaq 23 noyabr, 2026 / 13:32
Barselona Vilyarrealı məğlub edib 22 noyabr, 2026 / 21:20