21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa bu gün çıxacaq.
"Report"un məlumatına görə, Rəşad Eyyubovun baş məşqçisi olduğu kollektiv Bakıda Portuqaliya komandasını qəbul edəcək.
Qarşılaşma "Palms Sports Arena"da, saat 15:00-da start götürəcək.
Xatırladaq ki, Azərbaycanın U-21 millisi B qrupunda altı komanda arasında 5 xalla beşinci pillədə qərarlaşıb. Portuqaliya 13 xalla liderdir.