Azərbaycanın minifutbol üzrə U-23 komandası dünya çempionatında ilk matçına çıxıb.
"Report"un məlumatına görə, yığma Rumıniya ilə qarşılaşıb.
Görüş 3:3 hesabı ilə başa çatıb. Azərbaycan millisinin heyətində Xəzər Ağalızadə (3), Nihad Ağayev (35) və Fərid Abbasov (39) fərqləniblər.
Qeyd edək ki, bu gün startı verilən yarış oktyabrın 16-na qədər Xorvatiyada təşkil olunacaq.