"Mançester Yunayted"in baş məşqçisi: Mənə heç bir zəmanət lazım deyil

İngiltərənin "Mançester Yunayted" futbol klubunun baş məşqçisi Maykl Kerrik Premyer Liqanın IX turunda "Çelsi" ilə oyundan əvvəl klubdakı gələcəyini müzakirə edib.

"Report"un məlumatına görə, o, məsuliyyətini kifayət qədər başa düşdüyünü vurğulayıb.

"Mənə heç kimdən zəmanət lazım deyil. Vəziyyəti tam başa düşürəm. İşin mahiyyətini, məsuliyyətləri başa düşürəm. Bunun nə ilə bağlı olduğunu başa düşürəm, ona görə də bu baxımdan heç kimdən zəmanətə ehtiyacım yoxdur", - baş məşqçi deyib

Qeyd edək ki, qarşılaşma oktyabrın 31-də Londondakı "Stemford Bridc"də keçiriləcək.

"Mançester Yunayted" İngiltərə Premyer Liqasında səkkiz oyundan sonra yeddi xala malikdir və turnir cədvəlində 16-cı yerdədir. "Çelsi"nin isə 13 xalı var və beşinci yerdə qərarlaşıb.

Digər xəbərlər