"Kəpəz" futbol üzrə Azərbaycan Kubokunun 1/8 finalına vəsiqə qazanıb.
"Report"un məlumatına görə, Premyer Liqa təmsilçisi turnirin II təsnifat mərhələsində "Baku Sportinq" ilə üz-üzə gəlib.
Qarşılaşma Gəncə təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Digər matçlarda "İmişli" "Qaradağ Lökbatan"ı (4:1), "Şamaxı" "Hypers"i (5:1), "Şahdağ Qusar" MOİK-i (9:1), "Şəfa" "Ağstafa Gəncləri"ni (9:2) məğlub edib.
Xatırladaq ki, II təsnifat mərhələsinə oktyabrın 29-da yekun vurulacaq.
Ötən gün "Araz-Naxçıvan" "Şimal"ı (6:0), "Marafon" "Zaqatala"nı (1:0), "Sumqayıt" "Kür-Araz"ı (11:0), "Qəbələ" "Mingəçevir"i (3:0), "Zirə" "Səbail"i (2:2, p. - 3:2) məğlub edib.