Azərbaycanın futzal millisi Yunanıstanla oyunöncəsi məşqə çıxıb

DÇ-2024-ün əsas mərhələsində Yunanıstan və Polşa yığmaları ilə üz-üzə gələcək futzal üzrə Azərbaycan millisi növbəti məşqini keçirib.

"Report"un məlumatına görə, Bakı İdman Sarayındakı hazırlıq prosesinin ilk 15 dəqiqəsi media üçün açıq olub.

Qeyd edək ki, martın 3-də Yunanıstan komandasını qəbul edəcək Azərbaycan millisi 4 gün sonra Polşanın qonağı olacaq.

Digər xəbərlər