Azərbaycanın FIFA referisi UEFA Gənclər Liqasının oyununa təyinat alıb

FIFA referisi Kamal Umudlu növbəti təyinat alıb.

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, UEFA Gənclər Liqasının VI turunda keçiriləcək "Atalanta" (İtaliya) – "Çelsi" (İngiltərə) oyununun baş hakimi olacaq.

Ona Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər.

Görüş dekabrın 9-da Berqamo şəhərində yerləşən Bortolotti İdman Mərkəzində keçiriləcək.

Digər xəbərlər