Azərbaycanın çimərlik futbolu üzrə millisi Avropa Oyunlarına vəsiqə qazanıb

Avropa çempionatının seçmə mərhələsinin (EBSL-2022) ikinci raundunda mübarizə aparan çimərlik futbolu üzrə Azərbaycan milli komandası turnirdə növbəti oyununu keçirib.

"Report" xəbər verir ki, İtaliyanın Kalyari şəhərində təşkil olunan matçda Polşa yığması ilə qarşılaşan kollektiv 6:2 hesablı qələbə qazanıb. Qolları Ramil Əliyev (2), Orxan Məmmədov, Hüseyn Axundov, Sabir Allahquliyev və Amid Nəzərov vurublar.

Qeyd edək ki, milli sentyabrın 11-də 5-ci yer uğrunda oyunda yenidən Ukrayna yığması ilə qarşılaşacaq. Bu oyunun nəticəsindən asılı olmayaraq, yığma gələn il Polşanın Krakov şəhərində təşkil ediləcək III Avropa Oyunlarına vəsiqə qazanıb.

Digər xəbərlər

PSJ Alberto Moleyro ilə maraqlanır 25 noyabr, 2026 / 14:05