Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığması Türkiyə millisinə böyük hesabla uduzub - VİDEO

Bakı. 28 mart. REPORT.AZ/ Bu gün İstanbul şəhərindəki Rəcəb Tayyip Ərdoğan adına stadionda 21 yaşadək futbolçulardan ibarət Türkiyə və Azərbaycan yığma komandaları arasında yoldaşlıq oyunu keçirilib.

"Report"un məlumatına görə, qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0.

Matç "NTVSpor" telekanalı ilə canlı yayımlanıb.

Yoldaşlıq oyunu

28 mart

18:00 Türkiyə - Azərbaycan - 4:0

Qollar: Ümit Bozok, 56; 86. Kubilay Kanatsızkuş, 77; 83.

Hakimlər: Emre Malok, Oktay Önce, Bahtiyar Birinci, Can Cengiz

"Recep Tayyip Erdoğan" Stadionu

Digər xəbərlər