Azərbaycan Premyer Liqasında XXXIV turun növbəti görüşü keçirilib.
"Report" xəbər verir ki, günün ilk matçında "Araz-Naxçıvan" "Turan Tovuz"u qəbul edib.
"Liv Bona Dea Arena"da baş tutan matçda qonaqlar minimal hesabla qalib gəlib gəliblər - 1:0.
Yeganə qolu 63-cü dəqiqədə Alexandro Serrano vurub.
Günün digər oyununda "Zirə" və "Qarabağ" komandaları münasibətlərinə aydınlıq gətirəcəklər.
Qeyd edək ki, turun son iki görüşü mayın 12-də keçiriləcək.