Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun daha bir oyunu keçirilib.
"Report"un məlumatına görə, günün ikinci matçında "Neftçi" "Səbail"i qəbul edib.
"Bakcell Arena"dakı qarşılaşma "ağ-qaralar"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
"Neftçi"nin ilk qolunu 73-cü dəqiqədə Tiaqo Bezerra, ikinci qolunu isə 79-cu dəqiqədə Azər Salahlı vurub.
Qələbə sayəsində xallarının sayını 31-a çatdıran son ölkə çempionu 4-cü pillədə qərarlaşıb. "Səbail" isə 11 xalla sonuncu yerdədir.
Qeyd edək ki, günün ilk görüşündə "Zirə" "Sumqayıt"ı 1:0 hesabı ilə üstələyib. Tura martın 6-da oynanılacaq "Keşlə" - "Sabah" və "Qarabağ" - "Qəbələ" matçları ilə yekun vurulacaq.