Azərbaycan millisinin Türkiyə ilə səfər oyununun yeri müəyyənləşib

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Türkiyə ilə keçirəcəyi səfər oyununun yeri müəyyənləşib.

“Report” xəbər verir ki, komandalar qrupda IV tur çərçivəsində iyunun 4-də Ərzincanda üz-üzə gələcəklər.

Qarşılaşma 13000 tamaşaçı tutumuna malik “13 Şubat” stadionunda reallaşacaq.

Millimizin oyunlarının təqvimi belədir:

5 aprel: Macarıstan – Azərbaycan

9 aprel: Azərbaycan – İsveçrə

31 may: Azərbaycan – Türkiyə

4 iyun: Türkiyə – Azərbaycan

12 iyul: Azərbaycan – Macarıstan

16 iyul: İsveçrə – Azərbaycan

Digər xəbərlər