Azərbaycan millisinin kapitanı zədələnib

Azərbaycan millisinin və "Qarabağ"ın kapitanı Maksim Medvedev sıradan çıxıb.

Klubun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, 33 yaşlı müdafiəçi səfərdə "Qəbələ"yə 2:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXIV tur matçının sonlarında əzələsini dartıb.

Təcrübəli oyunçu bu səbəbdən "qırmızı-qaralar"la Azərbaycan Kubokunun yarımfinal mərhələsinin hazırda davam edən cavab matçı üçün iştirak ərizəsinə salınmayıb. Medvedev iki komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, "Qarabağ" - "Qəbələ" görüşündə ikinci hissə oynanılır və hesab meydan sahiblərinin xeyrinədir - 5:0.

Digər xəbərlər