Azərbaycan millisinin futbolçusu: "Seul" klubuna keçməyi özüm istəmədim"

"Seul" klubuna keçməyi özüm istəmədim.

Bunu "Report"a müsahibəsində Azərbaycan millisinin futbolçusu Mahir Emreli deyib.

Almaniyanın "Nürnberq" klubunda çıxış edən 27 yaşlı hücumçu Cənubi Koreya təmsilçisinin qış transfer dönəmində onu heyətinə qatmaq istəməsi ilə bağlı danışıb:

"İlk olaraq məni düşündürən məqamlar oldu. Tam olaraq başa düşdüm ki, istəmirəm. Bunun üçün bəzi risklərə getdim. Məsələn, bu gün yaşadıqlarım kimi. Amma öz növbəmdə sakitliyimi qorumağa və işimə köklənməyə çalışıram. Növbəti matçlarda komandam üçün əlimdən gələnin ən yaxşısını etmək istəyirəm".

Mahir Emrelinin müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

Xəbər lenti