Azərbaycan millisinin Avropa Superfinalındakı rəqibləri bəlli olub

Çimərlik futbolu üzrə Azərbaycan millisinin Avropa Superfinalında qarşılaşacağı rəqiblər məlum olub.

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 19-25-i aralığında İtaliyanın Alqero şəhərində keçiriləcək oyunlarda yığma B qrupunda İsveçrə, Türkiyə və Rumıniya komandaları ilə mübarizə aparacaq.

Qarşılaşmaların dəqiq tarixləri hələlik bəlli deyil.

Digər xəbərlər

Babək Quliyev UEFA-dan təyinat alıb 12 oktyabr, 2026 / 12:52