Azərbaycan millisi Ukraynaya məğlub olub

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi AVRO-2025-in seçmə mərhələsində növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, Samir Əliyevin baş məşqçisi olduğu komanda ukraynalı həmyaşıdları ilə üz-üzə gəlib.

İspaniyanın Mursiya şəhərindəki “Nueva Kondomina” stadionunda reallaşan qarşılaşma rəqibin minimalhesablı qələbəsi ilə yekunlaşıb - 1:0.

Ukrayna 15 xalla liderdir. U-21 millimiz 3 xalla beşinci pillədə qərarlaşıb.

Digər xəbərlər

Babək Quliyev UEFA-dan təyinat alıb 12 oktyabr, 2026 / 12:52