Azərbaycan millisi Almaniyaya məğlub olub

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, Vüqar Məmmədin baş məşqçi olduğu komanda ikinci matçda Almaniya ilə üz-üzə gəlib. Yunanıstanın Patra şəhərində keçirilən qarşılaşma Azərbaycan millisinin 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Qeyd edək ki, U-17 noyabrın 19-da Qazaxıstanla üz-üzə gələcək. Komanda qrupdakı ilk oyunda meydan sahibi Yunanıstana uduzub - 1:6. 

Digər xəbərlər