Azərbaycan milli komandasının sabiq futbolçusu Berlin “Dinamo”sunda çıxış edəcək

Bakı. 4 iyul. REPORT.AZ/ Azərbaycan milli komandasının sabiq futbolçusu Rüfət Dadaşovun yeni komandası müəyyənləşib. “Report”un məlumatına görə, 26 yaşlı hücumçu karyerasını Almaniya çempionatının Regional Liqasının Şimal-Şərq zonasında çıxış edən (IV divizion) Berlin “Dinamo”sunda davam etdirəcək.

Onunla 1 illik müqavilə bağlanılıb. Dadaşov ötən mövsüm Regional Liqada mübarzə aparan "Moyzelvits"in formasını geyinib. Təcrübəli forvard artıq “Rote-Vayss Erfut”la yoxlama görüşündə (2:1) qol hesabını açıb, “Tsossen 07” matçda (9:0) isə dubl edib.

Qeyd edək ki, Rüfət Dadaşov 2013-2014-cü illərdə Azərbaycan millisinin heyətində ümumilikdə 16 oyunda iştirak edib və 4 qol vurub. Hazırda milliyə onun qardaşı Renat Dadaşov dəvət alır. Rüfət Dadaşov ötən mövsüm "Moyzelvits"lə çıxdığı 33 oyunda 12 dəfə fərqlənib.

Digər xəbərlər

PSJ Alberto Moleyro ilə maraqlanır 25 noyabr, 2026 / 14:05