Azərbaycan - Malta oyununun biletləri satışa çıxarılıb

Bakı. 29 sentyabr. REPORT.AZ/ Azərbaycan millisinin UEFA Millətlər Liqasının IV turunda Malta yığması ilə ev oyunu üçün biletləri satışa çıxarılıb.

“Report” xəbər verir ki, azarkeşlər oktyabrın 14-də Bakı Olimpiya Stadionunda keçiriləcək matçın biletlərini bu gündən əldə edə bilərlər.

Üç kateqoriya üzrə biletlərin qiyməti 2-5 manat, VİP yerlər üçün isə 10 manat təşkil edir.

Qeyd edək ki, milli komanda oktyabrın 11-də III tur çərçivəsində Farer adalarının qonağı olacaq. D Liqasında III qrupda yer alan Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv hazırda 2 xalla 3-cü pillədə qərarlaşıb.

Digər xəbərlər

UEFA Bavariyanı cəzalandırıb 08 yanvar, 2026 / 23:22