Azərbaycan Kuboku: 30 illik tarixdə 30-cu dəfə

Azərbaycan Kubokunun 30 illik tarixində 30-cu dəfə penaltilər seriyasına müraciət olunub.

"Report"un məlumatına görə, bu, "Neftçi" və "Zirə" komandaları arasında yarımfinal mərhələsinin cavab oyununa təsadüf edib.

Hər iki görüşdə qolsuz heç-heçə qeydə alındığından, qalibi müəyyənləşdirmək üçün 11 metrlik cərimə zərbələrindən istifadə edilib. Bu, cari mövsümün ilk penaltilər seriyasıdır. Yarımfinalda isə qalib 6-cı dəfə penaltilərlə müəyyənləşib.

Sonuncu belə hadisə ötən mövsümün yarımfinalında baş verib. Həmin vaxt “Sumqayıt” iki qolsuz heç-heçədən sonra “Qarabağ”ı mübarizədən kənarlaşdırıb – 5:4.

Qeyd edək ki, 11 metrlik cərimə zərbələrində daha dəqiq (4:2) oynayan "Zirə" finalda "Qarabağ"a rəqib olub.

Digər xəbərlər

Qarabağdan qalan - FOTOSESSİYA 11 dekabr, 2025 / 01:25