Azərbaycan I Liqasına vəsiqə uğrunda pley-off görüşlərinin vaxtı müəyyənləşib

Azərbaycan I Liqasına vəsiqə uğrunda pley-off görüşlərinin vaxtı müəyyənləşib.

"Report" xəbər verir ki, II Liqanın gümüş medalçısı "Cəbrayıl"la I Liqanın onuncusu "Araz Saatlı" arasında keçiriləcək ilk oyun birincilərin ev sahibliyi ilə iyunun 9-da, saat 18:30-da “ASCO Arena”da reallaşacaq.

Cavab qarşılaşması isə iyunun 15-də baş tutacaq. İyunun 5-dək Saatlı Olimpiya İdman Kompleksinin stadionuna yayım və təşkilati məsələlər ilə bağlı baxış keçiriləcək.

Təftişə əsasən cavab oyununun yeri və saatı açıqlanacaq.

Digər xəbərlər

PSJ Alberto Moleyro ilə maraqlanır 25 noyabr, 2026 / 14:05