Avropa Liqası: Favoritlərdən inamlı qələbə

UEFA Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunları başa çatıb.

"Report"un məlumatına görə, son 4 matçın üçündə meydan sahibləri, birində isə qonaqlar qələbə qazanıblar.

"Roma" İtaliyada Ukraynanın "Şaxtyor" (Donetsk) klubunun qapısından 3 cavabsız qol keçirib.

İngiltərə təmsilçilərindən "Arsenal" Yunanıstanda "Olimpiakos"a 3:1, "Tottenhem" isə evdə Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna 2:0 hesabı ilə qalib gəlib.

"Qranada" isə İspaniyada Norveç "Molde"sini 2 cavabsız qolla üstələyib.

Avropa Liqası

1/8 final mərhələsi, ilk oyunlar

24:00. "Qranada" (İspaniya) - "Molde" (Norveç) - 2:0

Qollar: Xorxe Molina, 26, Roberto Soldado, 76

Qırmızı vərəqə: Martin Ellinqsen, 71 ("Molde")

24:00. "Tottenhem" (İngiltərə) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 2:0

Qollar: Harri Keyn, 25; 70

Digər xəbərlər