Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında növbəti oyununu bu gün keçirəcək.
"Report"un Bratislavaya ezam olunan əməkdaşının məlumatına görə, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv F qrupundakı ikinci matçında İtaliya ilə üz-üzə gələcək.
Matç "Tipos Arena"da, Bakı vaxtı ilə saat 17:45-də start götürəcək.
Azərbaycan komandası ötən gün ilk turda Avstriyanı minimal hesabla üstələyib - 1:0. İtaliya isə Fransa ilə heç-heçə edib - 0:0.
Xatırladaq ki, Azərbaycan millisi mayın 30-da Fransa ilə qarşılaşacaq.