Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun Ukrayna - Belçika görüşü başa çatıb.
"Report" xəbər verir ki, Ştutqartdakl "MHP Arena"da keçirilən matçda hesab açılmayıb.
Bu nəticədən sonra hər iki komanda xallarının sayını 4-ə çatdırsa da, top fərqində üstün olan Belçika qrupu ikinci sırada tamamlayaraq 1/8 finala vəsiqə qazanıb.
Belçikanın növbəti mərhələdəki rəqibi Fransa olacaq.
| 1 | Rumıniya | 3 | 1 | 1 | 1 | 4-3 | 4 |
| 2 | Belçika | 3 | 1 | 1 | 1 | 2-1 | 4 |
| 3 | Slovakiya | 3 | 1 | 1 | 1 | 3-3 | 4 |
| 4 | Ukrayna | 3 | 1 | 1 | 1 | 2-4 | 4 |
21:10
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun Ukrayna - Belçika görüşündə ikinci hissə başlayıb.
"Report" xəbər verir ki, Ştutqartdakl "MHP Arena"da keçirilən matçın ilk yarısında hesab açılmayıb.
Qarşılaşmanı ingiltərəli baş hakim Entoni Teylor idarə edir.
20:52
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun Ukrayna - Belçika görüşündə ilk hissə başa çatıb.
"Report" xəbər verir ki, Ştutqartdakl "MHP Arena"da keçirilən matçda ilk yarıda hesab açılmayıb.
Qarşılaşmanı ingiltərəli baş hakim Entoni Teylor idarə edir.
20:00
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun Ukrayna - Belçika görüşü start götürüb.
"Report" xəbər verir ki, E qrupunun oyunu Ştutqartdakı "MHP Arena"da keçirilir.
Qarşılaşmanı ingiltərəli baş hakim Entoni Teylor idarə edir.