AVRO-2024: Niderland yığması yarımfinala yüksəlib - YENİLƏNİB 5

Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalının Niderland - Türkiyə matçında üstün olan Niderland yığması yarımfinala vəsiqə qazanıb.

"Report" xəbər verir ki, hesabı 35-ci dəqiqədə Samet Akaydının qolu ilə Türkiyə millisi açıb.

Lakin qardaş ölkənin komandası hesabı sonadək qoruya bilməyib. Niderland millisinin üzvü Stefan De Vray 70-ci dəqiqədə bərabərlik qolunu vurub. 76-cı dəqiqədə isə Türkiyə yığmasının müdafiəçisi Mərt Müldür avtoqola imza atmaqla Niderlandın yarımfinala yüksəlməsində pay sahibi olub.

Türkiyə millisinin ehtiyat oyunçular skamyasında yer alan hücumçu Bertuğ Yıldırım 90+6-cı dəqiqədə qırmızı vərəqə ilə cəzalandırılıb.

00:35

Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalının Niderland - Türkiyə matçında Niderland yığması hesabda önə çıxıb.

"Report" xəbər verir ki, Niderland millisinin üzvü Stefan De Vray 70-ci dəqiqədə bərabərlik qolunu vurub. Daha sonra Kodi Qakpo 76-cı dəqiqədə komandasını önə çıxarıb.

Türkiyə yığmasından 35-ci dəqiqədə Samet Akaydın rəqib qapısına yol tapıb.

Berlin şəhərindəki Olimpiya stadionunda keçirilən oyunu fransalı baş hakim Klement Turpin idarə edir.

00:06

Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalının Niderland - Türkiyə matçında ikinci hissə başlayıb.

"Report" xəbər verir ki, hazırda Türkiyə yığması hesabda 1:0 öndədir.

35-ci dəqiqədə Samet Akaydın rəqib qapısına yol tapıb.

Berlin şəhərindəki Olimpiya stadionunda keçirilən oyunu fransalı baş hakim Klement Turpin idarə edir.

23:51

Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalının Niderland - Türkiyə matçında ilk hissə başa çatıb.

"Report" xəbər verir ki, Türkiyə yığması fasiləyə 1:0 üstün yollanıb.

35-ci dəqiqədə Samet Akaydın rəqib qapısına yol tapıb.

Berlin şəhərindəki Olimpiya stadionunda keçirilən oyunu fransalı baş hakim Klement Turpin idarə edir.

23:39

Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalının Niderland - Türkiyə matçında Türkiyə yığması hesabda önə çıxıb.

"Report" xəbər verir ki, 35-ci dəqiqədə Samet Akaydın rəqib qapısına yol tapıb - 1:0.

Berlin şəhərindəki Olimpiya stadionunda keçirilən oyunu fransalı baş hakim Klement Turpin idarə edir.

23:00

Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalının Niderland - Türkiyə matçına start verilib.

"Report" xəbər verir ki, qarşılaşma Berlin şəhərindəki Olimpiya stadionunda keçirilir.

Oyunu fransalı baş hakim Klement Turpin idarə edir.

Digər xəbərlər

PSJ Alberto Moleyro ilə maraqlanır 25 noyabr, 2026 / 14:05