AVRO-2024: İngiltərə millisi yarımfinala vəsiqə qazanıb - YENİLƏNİB 8

Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında İngiltərə - İsveçrə matçının qalibi penaltilər seriyasında müəyyənləşib.

"Report" xəbər verir ki, əsas və əlavə vaxtı 1:1 hesablı bərabərliklə yekunlaşan matçın penaltilər seriyasında İngiltərə millisi üstün olub - 5:3.

İsveçrə millisinin futbolçusu Bril Embolo 75-ci dəqiqədə fərqlənib. İngiltərə yığmasından isə Bukayo Saka 80-ci dəqiqədə rəqib qapısına yol tapıb - 1:1.

Qeyd edək ki, İngiltərə yığması yarımfinalda Niderland - Türkiyə matçının qalibi ilə görüşəcək.

22:31

Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında İngiltərə - İsveçrə matçının qalibi penaltilər seriyasında müəyyənləşəcək.

"Report" xəbər verir ki, qarşılaşmanın əsas və əlavə vaxtı 1:1 hesablı bərabərliklə yekunlaşıb.

İsveçrə millisinin futbolçusu Bril Embolo 75-ci dəqiqədə fərqlənib. İngiltərə yığmasından isə Bukayo Saka 80-ci dəqiqədə rəqib qapısına yol tapıb - 1:1.

Qeyd edək ki, görüşü italiyalı baş hakim Daniele Orsato idarə edir.

22:17

Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalının İngiltərə - İsveçrə matçında ikinci əlavə hissə başlayıb.

"Report" xəbər verir ki, qarşılaşmanın əsas vaxtı bərabərliklə yekunlaşıb.

İsveçrə millisinin futbolçusu Bril Embolo 75-ci dəqiqədə fərqlənib. İngiltərə yığmasından isə Bukayo Saka 80-ci dəqiqədə rəqib qapısına yol tapıb - 1:1.

Qeyd edək ki, görüşü italiyalı baş hakim Daniele Orsato idarə edir.

21:55

Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalının İngiltərə - İsveçrə matçında ilk əlavə hissə başlayıb.

"Report" xəbər verir ki, qarşılaşmanın əsas vaxtı bərabərliklə yekunlaşıb.

İsveçrə millisinin futbolçusu Bril Embolo 75-ci dəqiqədə fərqlənib. İngiltərə yığmasından isə Bukayo Saka 80-ci dəqiqədə rəqib qapısına yol tapıb - 1:1.

Qeyd edək ki, görüşü italiyalı baş hakim Daniele Orsato idarə edir.

21:40

Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalının İngiltərə - İsveçrə matçında hesab bərabərləşib.

"Report" xəbər verir ki, İsveçrə millisinin futbolçusu Bril Embolo 75-ci dəqiqədə fərqlənib.

İngiltərə yığmasından isə Bukayo Saka 80-ci dəqiqədə rəqib qapısına yol tapıb - 1:1.

Qeyd edək ki, görüşü italiyalı baş hakim Daniele Orsato idarə edir.

21:34

Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalının İngiltərə - İsveçrə matçında hesab açılıb.

"Report" xəbər verir ki, İsveçrə millisinin futbolçusu Bril Embolo 75-ci dəqiqədə fərqlənib.

Qeyd edək ki, görüşü italiyalı baş hakim Daniele Orsato idarə edir.

21:04

Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında İngiltərə - İsveçrə matçında ikinci hissə başlayıb.

"Report" xəbər verir ki, qarşılaşmada hesab açılmayıb.

Qeyd edək ki, görüşü italiyalı baş hakim Daniele Orsato idarə edir.

20:49

Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalının İngiltərə - İsveçrə matçında ilk hissə bitib.

"Report" xəbər verir ki, komandalar fasiləyə qolsuz yollanıblar.

Qeyd edək ki, görüşü italiyalı baş hakim Daniele Orsato idarə edir.

20:00

Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalının İngiltərə - İsveçrə matçına start verilib.

"Report" xəbər verir ki, qarşılaşma Düsseldorf şəhərindəki "Esprit Arena"da keçirilir.

Qeyd edək ki, görüşü italiyalı baş hakim Daniele Orsato idarə edir.

Digər xəbərlər

PSJ Alberto Moleyro ilə maraqlanır 25 noyabr, 2026 / 14:05