Arsen Venger baş məşqçi postuna qayıdır

Hazırda FIFA-da Futbolun inkişafı üzrə direktor vəzifəsində çalışan Arsen Venger 2022-ci ilin yanvarında baş məşqçi postuna qayıdacaq.

"Report"un məlumatına görə, 72 yaşlı mütəxəssis Səudiyyə Ərəbistanında "Əl-Hilal" və "Əl-Nəsr" komandalarının ən yaxşı futbolçularını Mövsümlük Ər-Riyad Kubokunun oyununa çıxaracaq. Rəqib isə Fransa PSJ-si olacaq.

Venger sonuncu dəfə 2018-ci ildə baş məşqçi funksiyasını yerinə yetirib. O vaxtdan fransalı mütəxəssis FIFA-da çalışır. Dünya çempionatının iki ildən bir keçirilmə ideyası məhz ona məxsusdur.

Qeyd edək ki, Arsen Venger İngiltərə "Arsenal"ındakı 22 illik fəaliyyəti ilə məşhurdur. O, "topçular"la 3 dəfə İngiltərə çempionluğu, 7 dəfə ölkə kuboku və eyni sayda Liqa Kuboku qazanıb. Təcrübəli mütəxəssis mövsüm ərzində uduzmamaqla çempionluq əldə edərək, tarixi nailiyyətə imza atıb.

Digər xəbərlər

Lamin Yamal Sabahla oyunu buraxacaq 23 noyabr, 2026 / 13:32