"Araz-Naxçıvan"ın baş məşqçisi: "Kubok oyunlarında bu qədər penalti vurmağımız sırf təsadüfdür"

Kubok oyunlarında bu qədər penalti vurmağımız sırf təsadüfdür.

"Report" xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev "Qarabağ"a qarşı Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

O, qələbə qazandıqları görüşü şərh edib:

"Maraqlı oyun alındı. Hər iki komanda meydanda sona qədər mübarizə apardı. Futbolçularımız ortaya yaxşı iş qoydular və qələbə qazandıq. Bu qarşılaşmanı unudub qarşıdakı çempionat matçına hazırlaşacağıq. Penaltı də oyunun bir elementidir. Hakim qərar qəbul edibsə, bu, müzakirə olunmur. Kubok oyunlarında bu qədər (4) penalti vurmağımız sırf təsadüfdür. Bu gün qazandığımız qələbəni unutmalı, çempionat görüşünə köklənməliyik. Cavab matçı ərəfəsində yenidən bu haqda düşünəcəyik".

Qeyd edək ki, ölkə kubokunun yarımfinal mərhələsinin ilk matçında "Araz-Naxçıvan" doğma meydanda "Qarabağ"a qalib gəlib - 1:0. Tərəflər arasında cavab görüşü aprelin 23-də reallaşacaq.

Xəbər lenti