Serxio Aquero İngiltərə Premyer Liqasında ən çox het-trik edən futbolçu olub

"Mançester Siti"nin futbolçusu Serxio Aquero İngiltərə Premyer Liqasında yeni rekord müəyyənləşdirib.

"Report"un məlumatına görə, 32 yaşlı hücumçu daxili çempionatda 12-ci dəfə het-trik etməklə buna nail olub. Argentinalı forvard XXII turda səfərdə "Aston Villa"nı məğlub etdikləri (6:1) oyunda rəqib qapısından 3 top keçirə bilib.

Aquero bu göstəricidə ingiltərəli Alan Şirerı (11) geridə qoyub.

Qeyd edək ki, Serxio Aquero 2011-ci ilin yayında 40 milyon avro qarşılığında İspaniya "Atletiko"sundan "Mançester Siti"yə keçib. O, bu mövsüm Premyer Liqada 16 oyuna 13 qol vurub. 

Digər xəbərlər

Lamin Yamal Sabahla oyunu buraxacaq 23 noyabr, 2026 / 13:32