Almaniya klubu ən yaxşı bombardiri ilə müqaviləni uzadıb

Almaniya "Hoffenhaym"ı futbolçusu Andrey Kramariçlə müqavilənin müddətini uzadıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, xorvatiyalı hücumçu ilə 2025-ci ilin iyununadək yeni sözləşmə imzalanıb.

2016-cı ildən Bundesliqa təmsilçisində çıxış edən 31 yaşlı forvard 101 qolla komanda tarixinin ən yaxşı bombardiridir.

Qeyd edək ki, Xorvatiya millisinin də üzvü olan Andrey Kramariç "Hoffenhaym"da 211 oyun keçirib.

Digər xəbərlər