Bundesliqanın oyunu əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb

Almaniya Bundesliqasının XVII turunda keçirilməli olan "Hamburq" – "Bayer 04" oyunu əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb.

"Report" xəbər verir ki, qarşılaşmanın bu gün Bakı vaxtı ilə saat 22:30-da başlaması planlaşdırılırdı.

Lakin stadionun qar və buzla örtülməsi matçın keçirilməsinə mane olub.

Görüşün hansı tarixdə baş tutacağı ilə bağlı məlumat daha sonra veriləcək.

Digər xəbərlər

Barselona Vilyarrealı məğlub edib 22 noyabr, 2026 / 21:20