Aleksey İsayev zədələnib

“Sabah”ın futbolçusu Aleksey İsayev zədələnib.

“Report”un məlumatına görə, yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının XVI turunda “Şamaxı” ilə oyunda sıradan çıxıb.

Matçın 75-ci dəqiqəsində rəqibin müdafiəçisi Elçin Mustafayev tərəfindən kobudluğa məruz qalan Azərbaycan millisinin üzvü mübarizəni davam etdirə bilməyib. Nəticədə onu Anatoli Nuriyev əvəzləyib.

Bank Respublika Arenada keçirilən “Sabah” – “Şamaxı” oyununda meydan sahibləri 1:0 hesabı ilə öndədir.

Digər xəbərlər