Aleksander Çeferin növbəti dəfə UEFA prezidenti vəzifəsinə namizədliyini irəli sürəcək.
"Report"un məlumatına görə, bu barədə sloveniyalı funksionerin özü açıqlama verib.
O, 2023-cü ildə keçiriləcək seçkilərə qatılacağını bildirib.
Qeyd edək ki, Aleksander Çeferin 2016-cı ildən Avropa futbol qurumuna rəhbərlik edir.