Albaniya millisinin hücumçusu Azərbaycan klublarına təklif olunub

Rusiya Premyer Liqasında çıxış edən "Nijni Novqorod" klubunun futbolçusu Bekim Balyay Azərbaycan klublarına təklif olunub.

Bu barədə "Report"a Moldovada yaşayan azərbaycanlı futbol agenti Ramil Adıgözəlov məlumat verib.

Onun sözlərinə görə, albaniyalı hücumçuya bir neçə klub maraq göstərisə də, sonda müqavilə şərtlərində razılıq əldə olunmayıb. Bu səbəbdən, 30 yaşlı forvardın transferi baş tutmayıb.

Qeyd edək ki, bu ilin yayından "Nijni Novqorod"un formasını geyinən Bekim Balyay müxtəlif vaxtlarda Türkiyənin "Gənclərbirliyi", Çexiyanın "Sparta" (Praqa), Polşanın "Yagelloniya", Xorvatiyanın "Riyeka", Rusiyanın "Axmat" və Avstriyanın "Şturm" komandalarının da şərəfini qoruyub. 2012-ci ildən Albaniya millisinə dəvət alan hücumçu 43 oyunda 9 qol vurub.

Digər xəbərlər