AFFA "Quba" komandasına xəbərdarlıq edib

AFFA İntizam Komitəsi II Liqada mübarizə aparan "Quba" komandasına xəbərdarlıq edib.

Bu barədə "Report"a milli assosiasiyanın mətbuat xidmətindən məlumat verilib.

III turun "Quba" – ""Şəmkir" oyununun 46-cı dəqiqəsində meydan sahibi komandanın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə olunub. Bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə "Quba"ya xəbərdarlıq edilib.

Digər xəbərlər