Bakı. 30 oktyabr. REPORT.AZ/ AFFA “Kəpəz” futbol klubunun Müşahidə Şurasındakı nümayəndəsi Mikayıl Quluyevi geri çağııb.
“Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu addım “Kəpəz”də uşaq-gənclər komandalarının inkişafını gücləndirmək, klubda çalışan məşqçilərin təhsil səviyyəsini yüksəltmək, idarəetmə strukturunu təkmilləşdirmək məqsədi ilə atılıb.
“Kəpəz” Müşahidə Şurasına AFFA-dan təyin olunacaq nümayəndə barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, Mikayıl Quliyev 2016/2017 mövsümünün əvvəlində “Kəpəz”in Müşahidə Şurasına üzv seçilib.