Bakı. 30 oktyabr. REPORT.AZ/ AFFA İntizam Komitəsi "Səbail" klubunun futbolçusu Yegneni Koçuku bir oyunluq cəzalandırıb.
"Report"un məlumatına görə, buna moldovalı hücumçunun "Keşlə" ilə Azərbaycan Premyer Liqasının IX tur matçının 49-cu dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılması səbəb olub. Koçuk X turda "Zirə" ilə səfər matçında iştirak etməyəcək. Onun klubu isə 200 manat cərimə ödəyəcək.
"Neftçi" - "Qarabağ" matçında isə meydan sahiblərinin 5, qonaqların 4 futbolçusu sarı vərəqə alıb. Bu səbəbdən iki klub hərəyə 800 manat ziyana düşüb. "Neftçi"yə daha 800 manat cərimə isə 58-ci dəqiqədə azarkeşlərinin pirotexniki vasitələrdən yararlanmaları üzündən kəsilib.