ABŞ prezidentinin oğlu "Di Si Yunayted" klubunun uşaq komandasında futbol oynayır

Bakı. 23 sentyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Trampın oğlu Berron Tramp yerli MLS Liqasında çıxış edən "Di Si Yunayted" klubunun uşaq komandasında futbol oynayır. 

"Report"un ABŞ-da Futbolun İnkişafı Akademiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, 11 yaşlı Berron Vaşinqtonu təmsil edən komandada yarımmüdafiəçi mövqeyində çıxış edir.

O, cari mövsümdə 4 oyuna çıxsa da, qol vura bilməyib.

Qeyd edək ki, Berron Donald Trampın hazırkı həyat yoldaşı Melaniyadan olan yeganə övladıdır.

Digər xəbərlər