Rusiyalı MMA döyüşçüsü 33 yaşında ölüb

Rusiyalı MMA döyüşçüsü Aleksandr Pisarev 33 yaşında vəfat edib.

"Report"un məlumatına görə, bu barədə idmançının komandasından TASS-a xəbər verilib.

Pisarevin səhhətində xroniki problemin olmadığı bildirilib. İlkin məlumata görə, onun ölümünə qida zəhərlənməsi səbəb olub.

Onun həyat yoldaşı da xəstəxanaya yerləşdirilib.

Digər xəbərlər