Xorvatiyanın Poreç şəhərində keçiriləcək qitə birinciliyinin püşkatma mərasimində Azərbaycan boksçularının ilk rəqibləri müəyyənləşib.
Bu barədə "Report"a Azərbaycan Boks Federasiyasından məlumat verilib.
Məşqçilər Elbrus Rzayevlə Elvin Məmişzadənin şans verəcəyi boksçulardan 2-si – Məhəmmədəli Aşırəliyevlə Nicat Alırzayev noyabrın 16-da start götürəcək turnirin ilk günündə rinqə çıxacaqlar.
50 kq
Bilalhəbaşi Nəzərov – Katalin Turku (Moldova)
55 kq
Zidan Hümbətov – Badreddin Burauia (İtaliya)
60 kq
Məhəmmədəli Aşırəliyev – Georgios Pleas (Yunanıstan)
65 kq
Əli Abdullayev – Artur Kuzmenko (Ukrayna)
70 kq
Nicat Alırzayev – İdriss Əhməd Xlifi (Belçika)
75 kq
Abbasqulu Şadlinski – Arşak Bablumyan (Ermənistan) / Mixal Pejxala (Polşa) cütünün qalibi
+90 kq
Səbuhi Əlizadə – İşxan Hovsepyan (Ermənistan)
Qeyd edək ki, 9 gün davam edəcək yarışda 39 ölkədən 276 idmançı mübarizə aparacaq, qaliblərin adına isə noyabrın 24-də aydınlıq gələcək. Turnirdə Azərbaycanı Anar Nağdıyev hakim kimi təmsil edəcək.