Rusiyalı döyüşçü Vyaçeslav Borşev ardıcıl məğlubiyyətlərdən sonra UFC-dən uzaqlaşdırılıb.
"Report" xəbər verir ki, bu barədə yarışın mətbuat xidməti məlumat yayıb.
Son vaxtlar 33 yaşlı döyüşçünün karyerası uğursuz keçib. O, 2025-ci ildə ardıcıl üç məğlubiyyətlə üzləşib. Sonuncu dəfə noyabrda UFC 322-də Mateus Kamiloya (Braziliya) hakimlərin yekdil qərarı ilə uduzub.
Qeyd edək ki, V.Borşev 2021-ci ilin oktyabrında "Dana White's Contender Series"də şotlandiyalı Kris Dunkanı nokautla məğlub etdikdən sonra UFC-yə daxil olmuşdu.