Batut gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Mixail Malkin zədə səbəbindən fərdi çıxışının istədiyi kimi alınmadığını bildirib.
"Report" xəbər verir ki, o bunu jurnalistlərə açıqlayıb.
İdmançı komanda yarışında bütün üzvlərin yaxşı çıxış etdiyini vurğulayıb. O, rəqiblərin güclü olduğunu qeyd edərək komandanın gələcək hədəflərindən də danışıb:
"Komanda şəklində dördümüz də özümüzü yaxşı göstərdik. Fərdi çıxışımda isə zədəmə görə istədiyim nəticəni göstərə bilmədim. Rəqiblərimiz çox güclü idi. Komandamız da güclüdür və inanırıq ki, gələcəkdə qızıl medal qazanacağıq".
Xatırladaq ki, idmançı Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə dünya çempionatında iştirak edib.